Azərbaycanda polis niyə intihar edib? - TƏFƏRRÜAT + YENİLƏNİB


Bakıda intihar hadisəsi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Paytaxtın Nizami rayonunun M.Əliyev küçəsində asılmış vəziyyətdə kişi meyiti tapılıb.
İlkin araşdırma nəticəsində meyitin hadisə yerinin yaxınlığındakı ünvanda yaşayan 31 yaşlı Rafiq Əhmədova məxsus olması müəyyənləşdirilib.
Nizami Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əhmədovu intihara sövq edən səbəb müəyyənləşdirilib. Yaxınlarının dediyinə görə, intihar edən şəxs borc götürdüyü pulu geri qaytara bilməyib.
Bildirilib ki, R.Əhmədov Daxili işlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında çalışıb.
Qeyd edək ki, son səkkiz gün ərzində Bakıda altı intihar hadisəsi baş verib, 20-dən çox şəxs intihara cəhd edib.

***12:37
Bakıda polis serjantı intihar edib.

Yeniavaz.com unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı 28 yaşlı Rafiq Əhmədov yaşadığı mənzildə özünü asaraq dünyasını dəyişib. İlkin məlumata görə, mərhum borc səbəbindən intihara əl atıb. R.Əhmədov Ucar rayonunun Müsüslü kəndində dəfn edilib.

DİGƏR XƏBƏRLƏR

Top