Günəş şüası virusu yox edir? – RƏSMİ AÇIQLAMA


"Hazırda dünyanın şimal yarımkürəsində yay ayları başlayır və hava isinir. Lakin bundan asılı olmayaraq, Azərbaycanda yeni yoluxma halları aşkarlanır və çoxalır".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
O, eyni zamanda hər hansı cism üzərində olan virusa günəş işığı düşərsə, uzun müddət yaşamadığını qeyd edib:
“Virusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq,bunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümi isti havalar virusu yox etməyə də bilər. Buna görə də insanlar əl gigiyenasına, sosial məsafəyə diqqət edilməlidir, maska taxmalıdır”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top