Azərbaycanda karantin dövründə havanın çirkələnməsi kəskin azalıb - RƏSMİ


"Karantin dövründə xüsusilə havanın çirklənməsi əhəmiyyətli dərəcədə azalıb. Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılaması və avtomobillərdən istifadənin kəskin azalması olub".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Operativ Qərargahın keçirdiyi brifing zamanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib. O bildirib ki, karantin rejimi Xəzər dənizinin suyuna da öz müsbət təsirini göstərib. Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahil boyu ictimai iaşə obyektləri fəaliyyət göstərmədiyi üçün dəniz suyunun çirklənmə səviyyəsi azalıb.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top