"Repetitorlar kimi özəl hazırlıq kursları da açıla bilər - Abituryentlərin buna ehtiyacı var" - VİDEO


Azərbaycanda təhsil müəssisələri bağlandıqdan sonra insanları narahat edən məqamlar ortaya çıxıb. Əsasən də övladı ali məktəblərə hazırlaşan valideynlər onlayn təhsilin təsirli olub-olmadığı barədə çox düşünürlər.
Gündəmi ələ alan bu mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov Yeniavaz.com-un sullarını cavablayıb. 
Ekspertin sözlərinə görə, virusdan qorunmaq üçün teledərslərin keçirilməsi daha təhlükəsizdir: “Üz-üzə dərslə onlayn dərsin effektivlik cəhətdən çox da fərqi yoxdur. Amma qrup dərslərində dərsdən yayınma halları olur”.
O bildirir ki, universitetə hazırlaşan tələbələr üçün ən azından özəl təhsil müəssisələrinin açılması faydalı olar: “Hazırda universitetə hazırlaşan tələbələri xüsusi proflaktik tədbirlərə əməl edərək repititor yanına getməyə icazə verildiyi kimi kursların da fəaliyyətinə icazə verilməlidir”.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top