Prezident nazir müavinini işdən çıxardı - SƏRƏNCAM


Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

Yeniavaz.com-un AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu barədə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top