Bu şəhərdə 700 ildən sonra ilk dəfə məscid tikiləcək - Məşhur futbolçunun təşəbbüsü ilə


Uzun müddət "Sevilya" futbol klubunda oynamış müsəlman futbolçu Fridrix Kanot İspaniyanın Sevilya şəhərində məscid tikdirir.
Yeniavaz.com
xəbər verir ki, Fridrix Kanot bu barədə öz "twitter" səhifəsində məlumat verib. Məscidin tikilməsi üçün 1 milyon dollar yardım topladığını açıqlayan futbolçu 700 ildən sonra ilk dəfə Sevilya şəhərində məscid tikiləcəyi üçün sevincli olduğunu və yardım edən hər kəsə təşəkkür etdiyini bildirib. Məscidin tikintisinə yaxın günlərdə başlanılacağı bildirilib. Qeyd edək ki, Kanot 41 yaşındadır, Fransada doğulub, əslən Malilidir.  Fəaliyyəti dövründə bir çox məşhur futbol klubunda oynayıb, 2013-cü ilin sonunda isə futbolu buraxıb.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top