Putin Çingiz Abdullayevi təltif etdi


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv romanların müəllifi Çingiz Abdullayevi təltif edib.
Yeniavaz.com
xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Çingiz Abdullayevə "Dostluq" ordeni verilməsi haqqında sərəncam imzalayıb.
“Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsindəki xidmətlərinə görə Çingiz Abdullayev Akif oğluna, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Respublikasının vətəndaşı, "Dostluq" ordeni mükafatı verilsin", - Rusiya dövlət başçısının sərəncamında deyilir.
Bu barədə sosial şəbəkədə paylaşım edən Çingiz Abdullayev V. Putinə təşəkkürünü bildirib:
“Rusiya Prezidenti, hörmətli cənab V. Putinə, işimə verilən bu qiymətə görə çox təşəkkür edirəm. Təqdir olunmaq xüsusi bir şərəfdir. Ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə görə təltif olunmağım məni daha da sevindirir. Rusiyada kitablarımın olmadığı şəhərlər demək olar ki, yoxdur. Oxucularımıza da təşəkkür edirəm!”.
Qeyd edək ki, Çingiz Abdullayev psixoloji və siyasi dedektiv hekayəsi janrında əsərlərini rus dilində çap edən yeganə azərbaycanlı yazıçısıdır. Yazıçının ilk böyük əsəri - "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda nəşr edilmişdir. Daha sonra “Zalımlar qanunu”, “Vəhşilərin etiqadı” və “Vəlilərin vicdanı” üçlüyü nəşr olunub. 2002-ci ildə rus rejissorları Abdullayevin üç əsəri əsasında çəkilən "Drongo" serialını çəkiblər.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top