Ağstafanın yeni İcra başçısı hansı məşhur deputatın bacısı oğludur? - DOSYE


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev sərəncamı ilə  Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Seymur Orucov Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin  sədridir.
 Seymur Orucov 1984-cü il oktyabr ayının 27-də Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2001-ci ildə bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsinə daxil olub, 2005-ci ildə bakalavr təhsil pilləsini bitirib. 2005-ci ildə universitetin magistr təhsil pilləsinə “Maliyyə-kredit” ixtisası üzrə qəbul olmuş və 2007-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasına aspirant kimi qəbul olunub. 2010-cu ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün “Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.
2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
2009-cu ildən 2011-ci il aprel ayınadək Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri və 2009-cu ilin noyabr ayından 2011-ci ilin aprel ayınadək tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsində faəliyyət göstərib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinə, 4 aprel 2011-ci ildə isə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 4 iyun 2010-cu il tarixli 951 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif olunub.
Qeyd edək ki, Seymur Orucov Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş millət vəkili Şəmsəddin Hacıyevin kürəkəni, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin isə bacısının oğludur.

DİGƏR XƏBƏRLƏR

Top