Rusiyada koronavirusdan ölüm məlumatları yalandır? – RƏSMİ CAVAB


"Rusiyada yayımlanan koronavirus ölümü ilə bağlı məlumatlar doğrudur". 
Yeniavaz.com xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O, COVID-19-dan dünyasını dəyişənlərlə bağlı statistikanın saxta olması iddialarını təkzib edib.
"Biz heç bir şey gizlətmirik. Ölüm hallarının dəqiq hesablanması üçün xüsusi qrup yaradılıb. Onlar dünyasını dəyişən insanların cəsədlərini yarıb dəqiq məlumat verirlər. Bu, Rusiya ilə patoloji və anatomik tədqiqatların aparılmadığı bir çox Qərb ölkələri arasındakı fərqdir" - deyə, Peskov qeyd edib.
Qeyd edək ki, daha öncə Rusiyada koronavirusdan ölüm hallarının dünyanın digər ölkələrinə nisbətən 7,4 dəfə aşağı olduğu bildirilmişdi. Statistikaya görə, koronavirusdan ölüm halları ən çox ABŞ, İngiltərə, İtaliya, İspaniya və Fransada qeydə alınıb. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top