Məcburi köçkünlərə məktəb tikməsi üçün bu şirkətə 7,2 milyon manat ödənildi

Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış məhəlləsində 1 200 şagird yerlik məktəb binasının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Yeniavaz.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Minera” MMC-dir.

Qalib şirkətə 7,2 milyon manat ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top