Yevlaxda qaraçılar polisi "daşa tutublar"

Daxili İşlər Nazirliyi xüsusi karantin rejiminin sərləşdirildiyi və giriş-çıxışa məhdudiyyət qoyulduğu Yevlax rayonunun “Qaraçı məhəllə”sində baş verən insidentlə bağlı açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, son günlər Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir: “Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozaraq orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hal-hazırda onun vəziyyəti qənaətbəxşdir. 
Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top