Bakıda mənzilləri qarət edən 25 yaşlı qız tutulub


Bakıda mənzillərdən oğurluq edən 25 yaşlı qız tutulub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzilə pəncərədən daxil olunmaqla 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.
Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

DİGƏR XƏBƏRLƏR

Top