Bakıda polis əməliyyat keçirdi - Narkotacilər saxlanıldı


Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Sabunçu rayon Polis İdarəsinin  14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində yaşayan Məşədi Bağırovun həyətində aqrotexniki üsulla yetişdirilmiş 43 ədəd 670 qram çətənə kolu aşkar edilib. Bundan başqa Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyevdən 0,120 qram heroin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top