Mübariz Qurbanlı: "Əbu Bəkr məscidi açılmayacaq"


"Əbu Bəkr məscidi hazırda Nərimanov bələdiyyəsinin balansındadır. Məsciddə minarələrdən birinin uçma təhlükəsi olduğundan və insanların təhlükəsizliyi üçün oranın fəaliyyəti mümkün deyil".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, hazırda məsciddə araşdırma aparılır: "Araşdırmalar yekunlaşmaq üzrədir. Minarənin uçma təhlükəsi nəzərə alınaraq orada ayinlərin keçirilməsi tam dayandırılıb. Bununla bağlı fikir mübadiləsi aparılır. Pandemiya dövründə orada işlərin aparılması mümkün deyil. Məsciddə zamanında fəaliyyət göstərən din xadimləri və vətəndaşların bir qrupu ilə söhbətlər aparılıb. Məsciddə təmir işləri əsaslı şəkildə həyata keçirilmədən hər hansı fəaliyyətin olması mümkün deyil".

DİGƏR XƏBƏRLƏR

Top