Türkiyədə daha 23 nəfər koronavirus səbəbilə dünyasını dəyişib


Türkiyədə son bir gündə koronavirusdan 23 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, koronavirusa yoluxanların ümumi sayı 152 587 nəfərə çatıb. Ümumilikdə isə koronavirus qurbanlarının sayı 4 222 nəfərə çatıb.
Ölkədə daha 972 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Son bir gündə 1 092 nəfər sağalıb. Bununla da sağalan xəstələrin sayı 113 987 nəfərə çatıb.
Son sutka ərzində koronavirusla bağlı 20 838 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top