Sumqayıtda zibil poliqonu yanır - VİDEO

Sumqayıtda geniş ərazidə məişət tullantıları yanır.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər gedir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər.

Bildirilib ki, yanğın şəhərin məişət tullantıları poliqonunda qeydə alınıb:

“Qaynar xəttə daxil olan müraciət əsasında nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top