"Çıxış etməyi düşünürdüm, işıqlar söndü" - Erkin Qədirli


“Çıxış etməyi düşünürdüm. Bildiriş göndərdilər ki, AŞPA binasında elektriklə bağlı problem yaranıb və işıq sönüb. İclas başqa gün olacaq”.​
Yeniavaz.com
xəbər verir ki, bunu deputat Erkin Qədirli bildirib. Millət vəkili qeyd edib ki, bu gün Bakı vaxtilə saat 11:30-da AŞPA-nın Hüquq Komitəsinin ilk videokonfransı olmalı idi.
Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.

DİGƏR XƏBƏRLƏR

Top