Koronavirusla bağlı vacib fakt açıqlandı - 17 il əvvəl...


ABŞ-da koronavirusun SARS növündən sağalan şəxs barədə aparılan araşdırmanın nəticələri açıqlanıb.
Yeniavaz.com
"Sözcü"yə istinadla xəbər verir ki, ABŞ-da yerləşən "Washington" Universitetinin tibb fakultəsində koronavirusla mübarizə istiqamətində aparılan araşdırma zamanı vacib fakt ortaya çıxıb. Belə ki, koronavirusun təhlükəli növlərindən biri SARS-a 17 il əvvəl qalib gələn şəxsdən alınan antikorların yeni növ koronavirusa qarşı təsirli olduğu ortaya çıxıb. Mütəxəssislər S309 adı verilən həmin antikorların COVİD-19 antikorlarını neytrallaşdırdığını söyləyiblər. Araşdırmada iştirak edən həkimlərdən biri Deyvid Visler bildirib ki, müalicədə təsirli antikorların 17 il əvvəl koronavirusdan sağalan şəxsin qanında tapılması qəribə hadisədir. Qeyd edək ki, antikor sağalan şəxslərin qanında əmələ gələn və xəstəliklərə qarşı fəaliyyət göstərən molekuldur.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top