Tərtərdə su kanalında boğulan 10 yaşlı qızın meyiti tapılıb - YENİLƏNİB

Tərtərin Dəmirçilər kəndində su kanalında boğulan 2010-cu il təvəllüdlü Nişanə İsmayıl qızı Əliyevanın meyiti tapılıb. 

01.17

Tərtərdə 10 yaşlı qız uşağı kanala düşüb. 

Hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.  

Hadisə ilə bağlı FHN-nin Kiçik Həcimli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları 10 yaşlı qızın axtarışına başlayıb.  

Nişanə Elməddin qızının kənd ərazisindən keçən su kanalında boğulduğu ehtimal olunur.  

Faktla bağlı araşdırma aparılır. //APA

DİGƏR XƏBƏRLƏR

Top