Aprel ayında Azərbaycana nə qədər əcnəbi gəlib? - RƏSMİ

Bu ilin aprel ayında Azərbaycana 19,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Koronavirus pandemiyasının yayılması ilə əlaqədar cari ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında kəskin azalma müşahidə olunub, onların sayı əvvəlki ayla müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 12,1 dəfə azalıb.

Yeniavaz.com-un açqılanan rəsmi statistikaya istinadən apardığı hesablma göstərir ki, bu ilin aprel ayında xarici ölkələrə 12,2 min Azərbaycan vətəndaşı səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top