Keşişin oyuncaq silahla sosial məsafəni qoruma üsulu


ABŞ-ın Miçiqan ştatında bir anda fenomen olan 70 yaşlı keşiş Timati Pels, koronavirusla bağlı mübarizədə sosial məsafəni qorumaq üçün maraqlı bir yola əl atıb.

Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, keşiş öz maşını ilə kilsənin pilləkənlərinə yaxınlaşan insanlara xeyir-dua verərkən onlarla sosial məsafəni saxlamaq üçün əlindəki oyuncaq su silahından istifadə edib. Onun bu addımını özündə əks etdirən şəkillər, Müqəddəs Amvrosiya Kilsəsi tərəfindən sosial şəbəkələrdə paylaşıldıqdan sonra bütün dünyaya yayılıb.
“Buzzfeed” xəbər portalı Timati Pelsdən müsahibə aldığı vaxt deyib ki, onun bu addımı atmaqda məqsədi uşaqları əyləndirmək olub. O, həmçinin mövcud şərtlərə görə əvvəlkilərə bənzəməyən pasxa yaşandığını, sosial məsafəni qorumaq üçün belə bir yola əl atdığını vurğulayıb.
Vatikanın göstərəcəyi reaksiyadan narahatlığını bildirən Pels, bu barədə heç bir şey eşitmədiyini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top