Məscidül-Əqsa Ramazan bayramından sonra açılacaq


Qüds İslami Vəqflər Şurası, Məscidül-Əqsanın Ramazan bayramından sonra ibadət üçün müsəlmanların ixtiyarına veriləcəyini bildirib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İordaniya Vəqfləri, İslam İşləri Nazirliyi ilə əlaqədar olan şuranın verdiyi açıqlamada, yeni növ koronavirus səbəbilə mart ayında bağlanan Məscidül-Əqsa, epidemiyanın yayılma sürətinin azalmasından sonra ibadətə açılması qərara alınıb.

Qeyd edək ki, Məscidül-Əqsa 22 martdan etibarən xidmətini dayandırıb. QİVŞ məscidin Ramazan ayında açılmayacağı bildirmişdi. Qərarla bağlı tədbirlər və tətbiq olunacaq qaydalar bayramdan sonra açıqlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top