
Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibədə maraqlı hadisə yaşanıb.
Yeniavaz.com xəbər verir ki, həmin onlayn müsahibəyə Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkili dağın başına çıxaraq qatılıb. Bunun səbəbi coğrafiya müəlliminin yaşadığı kəntdə internet və operator dalğasının zəif olması olub. Kamera vasitəsilə ətrafı göstərən Tural Zəkili bildirib ki, onun müsahibəyə qatıldığı yer qonşu kəndin yaxınlığındakı dağdır və ancaq bu yerdə operator dalğası nisbətən yaxşıdır.
Qeyd edək ki, bəhs edilən görüntüləri Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov öz "facebook" səhifəsindən paylaşıb.