
Belə insanlar zahirən haqlı görünə bilərlər: ayağı topal, gözü kor, dili lal... Ancaq bir az dərin düşündükdə məsələnin əslinin belə olmadığını bilərik. Allah insanlara sonsuz sayda nemətlər bəxş edib. Bunlar hamısı insanın qarşısında borcdur, həm də ödənilməsi əsla mümkün olmayan borc. Bu nemətlərin qarşılığında isə Allah (c.c.) yalnız ibadət və şükür tələb edir. Şikəstliyi düşünüb şikayət etməkdənsə, neməti düşünüb şükür etmək daha sərfəlidir. Hər insandan daha pis vəziyyətdə olan digər insan var. Onlara baxıb ibrət götürmək şükür etməyimizə yardımçı olar.
Unutmayaq ki, insana dəyər qazandıran onun fiziki keyfiyyətləri deyil. Yəni üstünlük təqva - Allaha yaxınlıq ilədir. Xarici görünüşü yaraşıqlı, daxili aləmi isə çirkin olmaq, sizcə, daha yaxşıdır?
Əgər o əlilliyin bərpası yolları varsa, hər çarəyə baş vurulur, alınmasa da şükürlə yola davam edilir. Məsələnin məğzi ondadır ki, adam bir imtahan içində olduğunu anlayır və bilir ki, Allah-Taala onu bu yolla imtahan edir. Ona görə də üsyan yox, hər halına şükür etmək daha doğru davranışdır.
Belə yaradılan insanlara səbirli davranacaqları təqdirdə axirətdə böyük mükafatlar vəd olunur.
Tətbiqimizi yükləyə bilərsiniz