Sahibə Qafarova deputata irad tutdu: “İndiyə kimi bunu niyə demirdiz?”


“Gündəliyə əlavələrlə bağlı ayrılan yarım saat çox azdır”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsində və “Turizm haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.
“Burada olan deputatlar regionlardan aldıqları təklifləri səsləndirmək, dövlətimizlə bağlı aktual mövzularda fikir bildirmək istəyirlər. Gündəliyə əlavələr vaxtının yarım saatdan 1 saata qaldırılmasını təklif edirəm”, - deyə A. Mirzəzadə qeyd edib.
Spiker Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, yarım saat ayrılmış vaxt 30 ildir ki mövcuddur: “Aydın müəllim, indiyə kimi bunu niyə demirdiniz?  Heç kim deyə bilməz ki, kiməsə danışmağa imkan verməmişəm. Elə olub ki, müddət 55 dəqiqəyə də qalxıb. Təklifinizi nəzərə alarıq, sadəcə mənə maraqlıdır ki, bunu niyə indiyə kimi deməmişdiniz?”.

DİGƏR XƏBƏRLƏR

Top