Oksford mütəxəssisləri: “Hazırlanan peyvənd qismən qoruma təmin edir”


Oksford Universitetində aparılan peyvənd araşdırması zamanı koronavirusun peyvəndə qarşı müqavimət göstərdiyi nümayiş etdirilib.
Yeniavaz.com
“DHA” agentliyinə istinadən xəbər verir ki, meymunlar üzərində aparılan təcrübələr virusun peyvənd edilmiş predmetlər arasında yayıldığını göstərib. Siçanlar və meymunlar üzərində aparılan təcrübələrin nəticəsində isə peyvəndlərin sadəcə qismən qoruma effekti daşıdığı bəlli olub.
Aparılan təcrübə zamanı peyvənd vurulmuş meymunların bir müddət sonra yenidən yoluxduğu, peyvənd olunmayan meymunlarla müqayisədə virusa yoluxma halının azalmadığı ortaya çıxıb. Yaxın vaxtlarda peyvəndin insanlar üzərində təcrübədən keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, İngilis hökuməti koronavirusla mübarizə üçün peyvəndin hazırlanması məqsədilə 130 milyon funt-sterlinq dəyərində dəstək paketi ayırmışdı. Oksford Universiteti isə “AstraZeneca” dərman firması ilə 100 milyon doza miqdarında istehsal üçün razılığa gəldiyini və ilk 30 milyonunu sentyabr ayına qədər İngiltərə daxilində paylayacağını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top