
Aşıq Mübariz Camaloğlu ona hədiyyə olunan təyyarəni satışa çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış aşıq ARB-də yayımlanan "Söhbət var" verilişində çıxışı zamanı deyib.
O bildirib ki, azərbaycanlı iş adamı tərəfindən Krasnoyarsk şəhərində ona hədiyyə olunan təyyarəni satışa çıxarıb.
Aşıq qeyd edib ki, əgər təyyarə satılsa müəyyən qədər məbləğ özünə götürəcək, qalanını həmin iş adamına verəcək. Aşıq Mübariz çıxışında təyyarənin qiymətini açıqlamayıb.
Qeyd edək ki, bir müddət öncə aşıq Mübariz Camaloğlu mediaya açıqlamasında Krasnoyarsk şəhərində yaşayan əslən Lənkərandan olan Ramazan adlı iş adamının ona təyyarə hədiyyə etdiyini açıqlamışdı.