Çin koronavirusa görə bu ölkələrə 2 milyard dollar ödəyəcək


Yaxın iki il ərzində Çin koronavirusdan zərər çəkmiş ölkələrə 2 milyard ABŞ dolları məbləğində vəsait ödəyəcək
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib. Məlumata görə, bu barədə Dünya səhiyyə assambleyasının 73-cü illik sessiyasının açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının sədri Si Tzinpin bəyanat verib.
"Çin iki il ərzində koronavirusdan əziyyət çəkmiş ölkələrə 2 milyard dollar beynəlxalq yardım edəcək. Bu prioritet inkişaf etməkdə olan ölkələrə şamil ediləcək” - deyə, Çin lideri bildirib.
Si Tzinpin bu bəyanatından sonra “Ağ Ev” Milli Təhlükəsizlik Şurasının (SNB) mətbuat xidmətinin rəhbəri Con Elliot sözügedən məbləğin 2 milyard məbləğindən daha çox olmalı olduğunu qeyd edib.
“Koronavirusun çıxış mənbəsi Çinin Hubey əyalətidir. Buna görə də Çin daha çox vəsait ödəməlidir” – deyə, Con Elliot bildirib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top