Çinə ənənəvi müttəfiqindən zərbə


Avropa Birliyi tərəfindən hazırlanan qərar layihəsi, ÜST-ün ən yüksək qərar qəbul edən orqanı Dünya Sağlamlıq Təşkilatı tərəfindən Cenevrədə keçiriləcək illik hesabat iclasında masaya qoyulacağı gözlənilir.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, sözügedən layihə ilk dəfə Avstraliya tərəfindən hazırlanan çağırışı əsas alıb. Rusiya da koronavirus epidemiyasının yayılması ilə bağlı təşkil olunmuş müstəqil araşdırma çağırışını dəstəkləyən 100-ə yaxın ölkədən biri olub. Qanun layihəsini dəstəkləyən Pekinin ənənəvi müttəfiqi Moskvanın da, bu səfdə yer alması məsələnin kritik olmasından və Çini meydanda tək qoyamasından xəbər verir.
Avstarliyanın göstərdiyi münasibətə qarşılıq verən Çin, onu məsuliyyətsizlikdə günahlandıraraq bu çağırışın epidemiya ilə əlaqədar aparılan birgə mübarizəni baltaladığını vurğulayıb.
Araşdırmanın məqsədi, epidemiyanın harada baş verməsini, xüsusilə ilk günlərdə Çinin epidemiya ilə bağlı informasiyanın nə qədərini ötürməsini aydınlaşmaqdır.
 

DİGƏR XƏBƏRLƏR

Top