"Sosial məsafə"ni qoruyan arılar


ABŞ-da Ayova Dövlət Unversiteti tərəfindən arılar üzərində maraqlı bir araşdırma aparılıb.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, Emi Ceffre və onun komandası arıların yuvasına IAPV (İsrail Kəskin iflic virusu) virusuna yoluxdurulmuş bir neçə arı yerləşdirib. Nəzarət məqsədi ilə bəzi arılara isə infeksiyaya qarşı dözümlülüyü artıran DNT-nin bir hissəsini yerləşdirib.
Nəticədə məlum olub ki, arılar aralarındakı xəstə arıların fərqinə vararaq yoluxma riskinə qarşı qidalanmadan imtina edib. Təcrübə qrupu onların bu hərəkətini xəstə arılara qarşı "sosial məsafə"ni saxlaması kimi qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top