Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi - FOTO


Gəncədə tanınmış tibb işçilərindən olan 3 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Cəmşid Abbasov vəfat edib.

Yeniavaz.com Publika.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan və Bakı şəhərindəki ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilən Cəmşid Abbasovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aprel ayında Bakıda təcili yardım stansiyasının həkimi Zakir Xəlilov, Türkiyədə isə özəl xəstəxanada çalışan həmyerlimiz, həkim Tahir Bababəyli koronavirusdan ölüb.

DİGƏR XƏBƏRLƏR

Top