“Azərişıq” əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü - FOTO


Bakıda bədbəxt hadisə nəticəsində elektrik ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat-1 qəsəbəsində baş verib. “Azərişıq” ASC-nin Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşı iş başında cərəyan vurması nəticəsində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 


/Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top