“Azərbaycan Dəmir Yolları”ndan bilet satışı ilə bağlı RƏSMİ AÇIQLAMA


Beynəlxalq sərnişin daşımaları dayandırıldığı üçün qarşıdakı günlərə bilet almaq mümkün deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib.
N.Bayramova vətəndaşların xarici ölkələrə və regionlara səfər üçün biletlərlə bağlı müraciətlərinə cavab olaraq bildirib ki, hazırda qatarların beynəlxalq və ölkədaxili istiqamətlərdə hərəkəti dayandırıldığından biletlərin satışı da həyata keçirilmir: “Pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, beynəxalq və regional sərnişin daşımaları, eləcə də ADY-nin onlayn bilet satışı dayandırılıb”.
Natəvan Bayramova onu da əlavə edib ki, qatarların ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkəti bərpa olunduqdan sonra onlayn bilet satışı da mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top