Güclü külək binanın dam örtüyünü avtomobillərin üzərinə aşırdı - FOTO


Qubada külək bir sıra fəsadlar törədib. 
Külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub.
Binanın həyətində olan 5 maşına ziyan dəyib.
Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.  
Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.

(APA)

DİGƏR XƏBƏRLƏR

Top