
İranda koronavirusdan ölənlərin sayı 7 minə yaxınlaşıb.
Yeniavaz.com xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur “IRINN” telekanalına müsahibəsində deyib.
O bildirib ki, ölkədə son sutka ərzində daha 1 806 nəfərdə koronavirus aşkarlanıb, 51 nəfər vəfat edib.
Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 120 198-ə, bu virusdan ölənlərin sayı 6 988-ə yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz