Mingəçevirdə evə basqın zamanı xəsarət alanların vəziyyəti ilə bağlı AÇIQLAMA


Mingəçevirdə mənzilə daxil olan şəxs və ya şəxslər 68 yaşlı kişiyə və 60 yaşlı qadına xəsarət yetiriblər. Xəstələrin vəziyyəti ilə bağlı Yeniavaz.com-a açıqlama verən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının növbətçi cərrahı Azin Əliyevin bildirib ki, gecə saat 4 radələrində Mingəçevir sakinləri  Məhəmməd Allahverdiyev və həyat yoldaşı  Rəna Allahverdiyevaya  təpə nahiyəsinin çağılmış yarası və göz ətrafının nematomasının diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alanların ümumi vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə yazılıb.

Qeyd edək ki, hadisə ötən gecə Mingəçevir şəhəri, Puşkin küçəsində qeydə alınıb. Evə daxil olan şəxs və ya şəxslər şəhər sakinləri Məhəmməd Allahverdiyev və Rəna Allahverdiyevaya dəmir alətlərlə xəsarət yetiriblər. Hadisənin baş vermə səbəbləri araşdırlır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top