“Respublikanski”yə xəstə qəbulu dayandırıldı - RƏSMİ


Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulu dayandırılıb.
Yeniavaz.com qafqazinfo-ya istinadən xəbərə verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib: “Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi 1 həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”.

Qeyd edək ki, "gununsesiaz.info" saytında Ak. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa kütləvi yoluxma halının baş verməsi və xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətinin dayandırması ilə bağlı xəbər yayılmışdı. İddiaya görə, tibb müəssisəsinin Ginekologiya şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə keçib.

DİGƏR XƏBƏRLƏR

Top