Şadlıq saraylarında iyun ayı üçün boş yer qalmayıb - VİDEO


“Toy məclislərinə qoyulan qadağanın sentyabr ayınadək qüvvədə qalacağı ilə bağlı TƏBİB-in rəhbərliyi adınadan yayılan məlumat həqiqəti əks etdirmir”.
Bu fikri qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirib.
Yeri gəlmişkən, qeyd edək ki, may ayının 18-dən etibarən xüsusi karantin rejimi ilə bağlı növbəti yumşaldılmalar nəzərdə tutulur.
Yeni qaydalarda toy məclislərinin təşkilinə qoyulan qadağa hələ ki qüvvədə saxlanılıb.
Müşahidələr göstərir ki, qadağaların may ayının 31-də başa çatacağını düşünənlər iyun ayı üçün şadlıq saraylarına məclis təyin ediblər.
Bunu şadlıq saraylarının inzibatçlıları da təsdiqləyir.
Daha ətraflı ATV-nin hazırladığı videosujetdə tanış ola bilərsiniz:

DİGƏR XƏBƏRLƏR

Top