Özünü blogger adlandıran Tərtər sakini cərimə olunub


Özünü blogger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Rayon Polis Şöbəsinin (RPŞ) xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək sərbəst buraxılıb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z. Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır.
Qeyd olunub ki, bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR

Top