26 bərbərdə koronavirus aşkarlandı - Türkiyədə


Koronavirusla mübarizə çərçivəsində 21 martda Türkiyədə bağlanmış bərbərxana və gözəllik salonları 11 maydan etibarən yenidən insanların xidmətinə verilib.
Yeniavaz.com “DHA” xəbər agnetliyinə istinadən xəbər verir ki, Türkiyənin Uşak valiliyi tərəfindən işə başlamadan əvvəl 421 bərbərxana və gözəllik salonu işçisinin COVID-19 testindən keçməsini tələb edib. Nəticədə bərbərlərdən 26 nəfərin test nəticələri müsbət çıxıb. Onların müalicəsinə başlanılıb.
Bəzi saç ustaları isə yaxşı olduqlarını deyərək test olunmaqdan boyun qaçırıb. Onlar özünü təcridə üstünlük verərək iş yerlərini hələ açmayacaqlarını dilə gətirib.

DİGƏR XƏBƏRLƏR

Top