Rusiyada karantin rejimində qeyri-adi nigah - VİDEO


Rusiyanın Krasnodar şəhərində COVID-19 epidamiyası ilə əlaqədar alınmış tədbirlərə görə, qeyri-adi nigah bağlanıb.

Yeniavaz.com DHA-ya istinadən xəbər verir ki, onların nigah mərasimi yaşadıqları evin eyvanında baş tutub. 
Gənclərin nigah məmuru binanın xaricindən 3-cü mərtəbəyə kranla qaldırılıb. Sosial şəbəkələrdə paylaşılan videoda diqqət çəkən məqamlardan biri isə toya dəvət edilənlərin sosial məsafə qaydalarını gözləyərək cütlüyü həyətdən izləməsi olub. Nigahı rəsmiləşdirən xanımın onları evli elan etməsinin ardından qonaqlar, gəncləri alqışlayaraq təbrik edib.

DİGƏR XƏBƏRLƏR

Top