Türkiyə 31 ölkədən müalicə üçün gəlmək istəyənlərə qapılarını açdı - Siyahıda Azərbaycan da var


Türkiyə Səhiyyə Turizmi çərçivəsində bəzi ölkələrdən müalicə almaq üçün gəlmək istəyən şəxsləri qəbul edəcəklərini açıqlayıb.
Yeniavaz.com
"Anadolu" agentliyinə istinadla xəbər verir ki, yeni qərara əsasən Türkiyə içərisində Azərbaycan, Rusiya, Gürcüstan, Pakistan, Almaniya və İngiltərənin də olduğu 31 ölkədən xəstə qəbul edə biləcək. Verilən məlumatlara görə, ölkəyə gələn xəstələr xüsusi izolyasiya tədbirləri görüldükdən sonra xəstəxanalara qəbul ediləcək. Xüsusilə ortopediya, travmotologiya, ümumi cərrahiyə, onkoloji, orqan nəqli kimi vacib proseslər həyata keçiriləcək. Türkiyənin Səhiyyə Nazirliyindən həmçinin bildirilib ki, müalicə üçün gələn xəstələr və xəstə yaxınları COVID-19 testindən keçəcək.

DİGƏR XƏBƏRLƏR

Top