Toylara sentyabradək qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA


Ötən gündən bəri Azərbaycanda toyların keçiriləcəyi vaxtın açıqlanması ilə bağlı məlumatlar yayılıb.

Sosial şəbəkələrdə yazılanlara görə, guya bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulub.
Guya bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ötən gün keçirilən mətbuat konfransından sonra bildirib.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı baku.ws-ə açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlı belə söz deməyib.
“Ramin Bayramlı belə bir açıqlama verməyib. Onun adından yalandan belə məlumat yayıblar”, - deyə Rəvanə Əliyeva bildirib.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək davam edəcək. Mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.

DİGƏR XƏBƏRLƏR

Top