Maska taxanların nəzərinə: Bunu qətiyyən etməyin - 2 nəfərin ölümünə səbəb oldu


Mütəxəssislər maska taxmanın bu hallarda ölümə səbəb olduğunu aşkarlayıblar.
Yeniavaz.com
"nypost.com"a istinadla xəbər verir ki, Çinin Uhan şəhərində maska taxıb 3 kilometr yolu qaçan şəxsin ağciyəri partlayıb. 26 yaşlı gəncin xəstəxanada müayinəsi zamanı ağciyərinin 90 faizinin daraldığı və ürəyini bədənin sağ tərəfinə doğru hərəkət etdirdiyi müəyyən edilib. Həkim Çen Baoyun həmin şəxsin ağciyərinin zədələnməsinin səbəbini maska ilə qaçdığı və lazımi oksigenin çatmadığı ilə əlaqələndirib. Qeyd edək ki, bir neçə gün əvvəl iki gənc Çində dərsdə maska ilə idman edərkən təngnəfəslik keçirərək vəfat etmişdi. Mütəxəssislər maska taxaraq qaçmaq, idman etmək və bənzəri fəaliyyətlə məşğul olmanın sağlamlıq üçün təhlükəli olduğunu və maska taxan şəxslərin bu hallara diqqət etməsini məsləhət görüblər.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top