"Kavasaki" xəstəliyindən Fransada ilk ölüm qeydə alındı


Daha çox uşaqlarda rast gəlinən "Kavasaki" xəstəliyinə yoluxma halları artmağa başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, xüsusilə azyaşlıların yoluxduğu "kavasaki" xəstəliyi səbəbilə Fransda ilk ölüm halı qeydə alınıb. Ölkənin "La Timone" xəstəxanasından verilən məlumata görə, "kavasaki" xəstəliyinin əlamətlərini daşıyan 9 yaşındakı uşaq dünyasını dəyişib. Həkimlər həmin azyaşlının infarkt keçirdikdən sonra xəstəxanaya gətirildiyini, koronavirus testlərinin müsbət çıxdığını ancaq, heç bir əlamət göstərmədiyini açıqlayıb. Azyaşlıda müşahidə edilən simptomların "kavasaki"yə uyğun gəldiyi bildirilib. Fransanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, "kavasaki" bu günə qədər 125 uşaqda aşkarlanıb. Qeyd edək ki, ABŞ, Belçika, İngiltərə, İsveçrə və bir çox ölkədə həmin xəstəliyə yoluxma halları müşahidə edilib.  Mütəxəssislər bu xəstəliyin ortaya çıxma səbəbinin yeni növ koronavirusdan irəli gəldiyini istisna etmirlər.

DİGƏR XƏBƏRLƏR

Top