Hindistan koronavirusa yoluxanların sayına görə Çini ötüb


Hindistan yeni növ koronavirusa (COVID-19) yoluxanların sayına görə Çini ötərək dünya üzrə 11-cı sıraya yüksəlib.

Mayın 15-də 3 min 549 yeni yoluxma faktı qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 85 min 546 nəfər çatıb. Virus səbəbindən ölənlərin sayı isə 2 min 746-ya yüksəlib.

Qeyd edək ki, Hindistanın Səhiyyə Nazirliyi səhər saatlarında açıqlama yayaraq, ötən sutka ərzində 2 min 649 yeni yoluxma və 100 ölüm faktı qeydə alındığını bildirmişdi.//AzərTAC

DİGƏR XƏBƏRLƏR

Top