Azərbaycanda koronavirusa yoluxmanın ən yüksək olduğu tarix AÇIQLANDI

“Bu günə kimi koronavirusa yoluxmuş xəstələrimizin təxminən 76,7 faizində simptomlar yüngül müşahidə olunub”.

Yeniavaz.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədrin sözlərinə görə, koronavirusa yoluxanların 23-24 faizində müxtəlif simptomlar kəskin müşahidə edilib:

“Onların 7,1 faizinin vəziyyəti kafi, 11-12 faizinin vəziyyəti orta ağır, 4-5 faiz xəstələrin vəziyyəti isə ağır qiymətləndirilib”.

“Müalicəsi davam edən xəstələrin yanaşı gedən xəstəlikləri, əsasən, şəkərli diabet-II tip, arterial hiporteniya, ürəyin işemik xəstəliyi, xroniki böyrək çatışmazlığı, ağciyər xəstəlikləri olub.

Ümumilikdə xəstələrin 1,6 faizinin süni tənəffüs cihazına ehtiyacı yaranıb. 4 may-10 mayda biz yoluxma halları üzrə ən yüksək rəqəmi müşahidə etmişik”, - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top