
“Bir milyon nəfərə 22 min test düşür”.
Yeniavaz.com xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların 22 faizi 50-59 yaş, 18 faizi 30-39 yaş, 5 faizi 0-9 yaş arasındadır, 80 yaş üzərində isə 2 faiz yoluxma halları var.
R. Bayramlı qeyd edib ki, koronavriusa yoluxanların 57 faizi qadınlar, 43 faizi isə kişilərdir.