
Bu ilin ilk 4 ayı ərzində xarici ölkələrdən Azərbaycana 513 milyon 845,2 min dollar dəyərində yeyinti məhsulları gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, yanvar-aprel aylarında dəyər ifadəsində ən çox meyvə-tərəvəz, miqdar ifadəsində isə ən çox buğda idxal olunub. Belə ki, bu ilin ilk 4 ayında Azərbaycana xarici ölkələrdən 88,9 milyon dollar dəyərində 165,6 min ton meyvə-tərəvəz, 60,8 milyon dollar dəyərində 279,8 min ton buğda gətirilib.
Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 54 sent (91 qəpik), buğdanın 1 kiloqramının gömrük dəyəri isə 22 sent (37 qəpik) olub.
Bunlardan başqa, idxal olunan...
- ətin 1 kiloqramının dəyəri 3,1 manat (1,8 dollar),
- südün 1 kiloqramının dəyəri 3 manat (1,7 dollar),
- kərə yağının 1 kiloqramının dəyəri 8,5 manat (5 dollar),
- çayın 1 kiloqramının dəyəri 6,4 manat (3,8 dollar),
- bitki yağlarının 1 kiloqramının dəyəri 1,6 manat (92 sent),
- düyünün 1 kiloqramının dəyəri 1,1 manat (66 sent).
Tətbiqimizi yükləyə bilərsiniz