Elektrik enerjisini xaricə neçəyə satırıq? – İnanılmaz RƏQƏMLƏR


Bu ilin aprel ayında Azərbaycandan xarici ölkələrə 370 milyon 203 min kv/saat elektrik enerjisi ixrac edilib. 
Yeniavaz.com
 Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə xaricə satılan elektrik enerjisinin həcmi 2,3 dəfə artıb. Belə ki, 2019-cu ilin aprel ayında Azərbaycandan xarici ölkələrə 157 milyon 679 min kv/saat elektrik enerjisi ixrac olunub.
Qeyd edək ki, bu ilin aprel ayında xaricə satılan elektrik enerjisinin 1 kv/saatının gömrük dəyəri isə 4,4 sent və ya növcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 7,5 qəpiyə bərabər olur.
Məlumat üçün onu da qeyd dək ki, əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, xaricə satılan elektrik enerjisinin qiyməti daxili bazarla müqayisədə 47% və ya 3,5 qəpik ucuzdur.

DİGƏR XƏBƏRLƏR

Top